Təlimlərə start verildi!


"Master 2" çərçivəsində təlim proqramına start verildi. Təlim kursu bir ay müddətində baş tutacaq.

Təlimlər Azərbaycan Dövlət İqtisad Universiteti və Odlar Yurdu Universitetinin MBA proqramının müəllimi, Bank sistemində uzun illərdir uğurlu karyeraya malik olan, “Bank sistemi və bank əməliyyatları testlərlə” kitabının müəllifi, Beynəlxalq təlimçi Ramin Bayramov tərəfindən aparılacaq.

Təlimlər aşağıda qeyd olunmuş mövzulardan ibarət olacaq :

• Azərbaycan Respublikasının bank sistemi 
• Bankların təşkilati strukturu
• Bank qanunvericiliyi
• Bank məhsulları və bank xidmətləri
• Bank əməliyyatları
• Bank hesabları
• Banklarda nağd əməliyyatlar
• Banklarda nağdsız əməliyyatlar