“Master 2” proqramına qəbul qaydası


“Master 2” proqramına müraciət etmək istəyən namizədlər ASAN School-un rəsmi veb səhifəsində yerləşdirilmiş online ərizə-anketi doldurmalıdırlar. Yalnız online ərizə-anket tam doldurulduqdan sonra müraciət qeydə alınmış hesab olunur. Bu haqda namizədə müraciətin qeydə alınması haqqında rəsmi bildiriş göndərilir. “Master 2” proqramına yalnız “Master 1” proqramında məzun olmuş könüllülər müraciət edə bilərlər.

“Master 2” proqramına seçim iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə göndərilmiş online müraciət və digər sənədlər 7 iş günü müddətində  təhlil edilir. Formal tələblərə cavab verən namizədlər seçim turunun ikinci mərhələsinə kecmiş olurlar. İkinci mərhələyə keçmiş namizədlər e-poçt vasitəsi ilə müəyyən olunmuş vaxta müsahibəyə dəvət olunurlar. Müsahibənin nəticəsi barədə namizədə 7 iş günü ərzində  e-poçt vasitəsi ilə rəsmi məlumat verilir. Müsahibədən uğurla keçmiş namizəd “Master 2” proqramına qəbul olunmuş hesab olunur.

“Master 2” proqramına müraciət etmək istəyən namizədlər  aşağıda göstərilmiş minimum tələblərə cavab verməlidir:

 

  • Namizəd 16-25 yaşı arasında olmalı;
  • “ASAN School”un  “Master 1” proqramında iştirak etməli;
  • Online ərizə-anketi tam doldurmalı.