Proqram


“Master 2”  “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətini başa vurmuş məzunların praktiki bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir.

“Master 2” – yə qəbul olunmuş könüllülər Dövlət Agentliyində təlim və kurslara cəlb olunur, təyin olunmuş dövlət və özəl qurumlarda müvafiq plan üzrə təcrübə keçir, 8 həftə ərzində qurumun müxtəlif struktur bölmələrində çalışır, onların işində yaxından iştirak edərək proseslərlə tanış olmaq imkanı qazanırlar.