“Master 1” proqramı könüllülərin 8 həftə ərzində "Asan xidmət" mərkəzlərində olan fəaliyyətini nəzərdə tutur. Bu müddət ərzində könüllülər müvafiq istiqamətlər üzrə təlimlər keçdikdən sonra aşagıda qeyd olunan 9 komponent üzrə praktiki fəaliyyətlərlə məşğul olacaqlar:
- Vətəndaşlara xidmət prosesində nəzarət sistemi
- Könüllülərin vətəndaşların müraciətləri ilə bağlı İKT avadanlıqları ilə işləməsi
- Sənədləşmənin idarə olunması
- “ASAN xidmət” mərkəzlərində sosial sorğuların aparılması
- Özünəxidmət güşəsində vətəndaşlara xidmətin öyrədilməsi
- Vətəndaşlara sosial xidmətlərin göstərilməsi
- “ASAN xidmət” mərkəzlərində praktiki məşğələ
- “ASAN Könüllü Gənclər Təşkilatı”nda təcrübə
- “Çağrı” mərkəzində praktiki məşğələ
“Master 1” proqramı ilə daha ətraflı burada tanış ola bilərsiniz: /uploads/files/AS-master%201%20proqrami-19%2004%2014.doc