Müraciət


Əziz Azərbaycan gəncləri!

“ASAN xidmət” mərkəzlərindəki könüllü fəaliyyəti Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasətinə töhvə vermiş bir təcrübə məktəbidir.

“ASAN xidmət” mərkəzlərində bu günə qədər 4000-ə yaxın könüllü vətəndaşlara xidmət sahəsində fəaliyyət göstərmiş və onlara bu müddət ərzində bir sıra praktiki bilik və bacarıqlar aşılanmışdır. Məzun könüllülərimizin bir çoxu da hal-hazırda dövlət və özəl strukturlarında çalışırlar.

Bu prosesi daha sistemli və mərkəzləşdirilmiş formada həyata keçirmək üçün ASAN School-u təsis etdik. Bu təcrübə məktəbinin məqsədi Azərbaycanda könüllü fəaliyyətinin təkminləşdirilməsidən ibarətdir.

ASAN School dünyanın qabaqcıl texnoloji və innovativ yeniliklərini tətbiq edərək gənclərə ölkədə aktual olan istiqamətlər üzrə peşəkar təlimçilər vasitəsi ilə bilik və bacarıqların aşılanmasını təmin edəcəkdir.

Bizdə Sizin tələbə və məzun olmağınızdan asılı olmayaraq bu həyat məktəbindən keçməyə və gələcək uğurlu karyeranızı bizimlə qurmağa dəvət edirik. 

Hörmətlə,

ASAN School komandası