“Master 2” proqramı haqqında ümumi məlumat


“Master 2” pilləsi “ASAN School” könüllülük proqramının ikinci pilləsi olaraq könüllülük fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə ixtisas sahəsi üzrə təcrübə toplamaq istəyən könüllülər üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tərəfdaş qurumun əməkdaşlığı nəticəsində həyata keçirilir.

Proqramın əsas məqsədi gənclərin peşə bilik və bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdır. “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinin birinci pilləsini ( “Master 1” ) uğurla başa vuran ASAN könüllüləri öz ixtisas sahələrinə, maraq dairələrinə uyğun olaraq müxtəlif istiqamətlərdən birini seçərək müvafiq istiqamət üzrə təklif olunan qurumlardan birinə müraciət edə bilər. Qeyd olunduğu kimi “Master 2” pilləsi aşağıda adları qeyd olunan üç istiqamət üzrə həyata keçirilir: 

  • inzibati menecment
  • sosial menecment
  • biznes menecment

     “Master 2” pilləsi çərçivəsində ASAN könüllüləri 8 həftəlik müddətdə müxtəlif dövlət və özəl qurumlara təcrübəyə yönləndirilirlər. Bu müddət ərzində onlar təyin olunmuş qurumlarda təcrübə keçir və təlimlərdə iştirak edirlər. Bununla yanaşı iştirakçılar Proqramın əvvəlində və sonunda Dövlət Agentliyində qısamüddətli kurslara cəlb olunurlar.

    Proqramı başa vurmuş iştirakçıların fəaliyyəti ilə bağlı müvafiq qurum tərəfindən rəy verilir və  fəaliyyəti məqbul sayılan iştirakçılar “ASAN School” könüllülük proqramı tərəfindən hazırlanan Dövlət Agentliyi və müvafiq qurum tərəfindən təsdiqlənən sertifikatlarla təltif olunurlar.