“Master 1” proqramı haqqında ümumi məlumat


“Master 1” pilləsi könüllülük fəaliyyətinin təkmilləşdirilməsi üçün yaradılmışdır. Bu proqramın əsas məqsədi gənclərin təhsil səviyyəsindən və ixtisasından asılı olmayaraq ümumi inkişaflarına dəstək olmaq, “ASAN xidmət” mərkəzlərinin işi ilə yaxından tanış etmək və onların Azərbaycan Respublikasında aparılan inzibati islahatlarda iştirakını təmin etməkdir.

  “Master 1” çərçivəsində gənclər müxtəlif təlimlərdə iştirak edir və praktiki vərdişlər yiyələnirlər. Bununla yanaşı gənclər arasında komandada iş bacarıqları formalaşdırılır. “Master 1” 8 həftə ərzində həyata keçirilir. Proqram çərçivəsində gənclərin fəaliyyəti xüsusi hazırlanmış qiymətləndirmə qaydalarına əsasən qiymətləndirilir və yekunda proqram iştirakçıları 3 növ sertifikatdan birini və xasiyyətnamə əldə edirlər.