Master 2 - yə müraciət!


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında təcrübə keçə bilərsiniz. 

"ASAN xidmət"də fəaliyyətini başa vuran könüllülərimiz təcrübəyə davam etmək üçün "Master 2" çərçivəsində müxtəlif qurumlarda təcrübə keçir. "Master 2" çərçivəsində yeni tərəfdaşlarımızdan biri də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Artıq könüllülərimiz bu qurumda da təcrübə keçərək, fəaliyyəti ilə yaxından tanış ola biləcəklər.

 

 

Namizədə dair tələblər:

  1. İqtisadi və ya riyazi ixtisaslar üzrə təhsil;
  2. Microsoft Office üzrə biliklər (MS Word, Excel minimum səviyyədə );
  3. Maliyyə qanunvericiliyi üzrə minimal biliklər;
  4. Araşdırma və təhlil aparmaq bacarığı;
  5. Komandada işləmək bacarığı;
  6. Məsuliyyət, dəqiqlik və etibarlılıq.

Qeyd edək ki, fəaliyyət iyul ayından etibarən başlayacaq. Son qeydiyyat tarixi 25 iyul 2016.

Qeydiyyat üçün daxil olun : https://goo.gl/6PcEsd