"Master 2"-də növbəti qrup fəaliyyətə başladı!


21 oktyabr 2016-cı il tarixində "ASAN xidmət" və SOCAR arasında bağlanmış memoranduma əsasən "ASAN School" könüllülük məktəbinin "Master 2" pilləsi çərçivəsində əməkdaşlıq uğurla davam etdirilir.

"Master 2" pilləsinin inzibati menecment istiqaməti çərçivəsində təcrübə keçmələri nəzərdə tutulan ikinci qrup könüllülər seçim mərhələsini keçərək proqrama qəbul olunublar.

Test imtahanı və müsahibə mərhələlərindən uğurla keçən 28 nəfər ASAN könüllüsü 18 aprel tarixində SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev tərəfindən qəbul edilmişdir.

Qeyd edək ki, ASAN könüllülərinin SOCAR-ın müxtəlif struktur bölmələrində yaxın 3 ay ərzində təcrübə keçmələri nəzərdə tutulur.