"Master 2" çərçivəsində bankçılıq sahəsində keçirilən təlimlər başa çatdı.


"Master 2" pilləsinin biznes menecment istiqaməti üzrə bankçılıq sahəsində təlimlər başa çatdı. Təlimlərin həyata keçirilməsində məqsəd gənclərin bu sahədə daha çox maarifləndirilməsi, ehtiyat kadrlar formalaşdırılması, gənclərin peşəkar karyeraya hazırlaşdırılması olmuşdur. 

Təlimlər Azərbaycan Dövlət İqtisad Universiteti və Odlar Yurdu Universitetinin MBA proqramının müəllimi, Bank sistemində uzun illərdir uğurlu karyeraya malik olan təlimçi Ramin Bayramov tərəfindən keçirildi.

1 aylıq təlim proqramı müxtəlif mövzuları əhatə edib:
• Azərbaycan Respublikasının bank sistemi 
• Bankların təşkilati strukturu
• Bank qanunvericiliyi
• Bank məhsulları və bank xidmətləri
• Bank əməliyyatları
• Bank hesabları
• Banklarda nağd əməliyyatlar
• Banklarda nağdsız əməliyyatlar

17 nəfər könüllü təlimləri yüksək nəticələrlə başa vuraraq 23 iyun tarixində sertifikatlarla təltif edildilər. Sonda təlim proqramını uğurla həyata keçirdiyinə görə təlimçimiz Ramin müəllimə "ASAN School" könüllülük proqramının rəhbəri tərəfindən Təşəkkürnamə təqdim edildi. 

Könüllülərimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.