Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsi könüllüləri növbəti əməkdaşlığa dəvət edir!


ASAN könüllülərini növbəti təcrübəyə dəvət edirik!

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xİdmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsində “Master 2” çərçivəsində növbəti qrup könüllülərin qəbulu davam edir.

 

 

 

 Namizədə dair tələblər:

 

  • MS Office (Word - əla, Power Point - əla, Excell – orta)  proqramlarında işləmə bacarığı;
  • Araşdırma və təhlil aparmaq bacarığı - Verilən mövzu üzrə araşdırmalar və təhlillər aparmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Təşkilatçılıq bacarığı.

 

Kimlər müraciət edə bilər:

            İqtisadiyyat, maliyyə, marketinq və reklam işi, biznesin təşkili və idarəolunması, inzibati idarəetmə, dizaynerlik (web və qrafik), aqrar sahə ixtisas istiqamətləri üzrə təhsil alan tələbələr

 

Könüllünün görəcəyi işlər:

  • “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı müxtəlif araşdırmalar aparmaq;
  • Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif sosial layihələrin hazırlanmasında iştirak etmək;
  • Sosial innovasiyalar sahəsində beynəlxalq təcrübəni öyrənmək və təkliflərin hazırlanması;
  • Agentliyin və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

 

Könüllülük fəaliyyətinin sonunda əldə ediləcək bilik və bacarıqlar:

  • Strateji araşdırmaq bacarığını inkişaf etdirəcək və statistik təhlillər aparmaq qabiliyyətini təkmilləşdirəcək;
  • Müxtəlif istiqamətlərdə xarici ölkələrin təcrübəsinin araşdırılması və bu təcrübənin Dövlət Agentliyinin fəaliyyətində tətbiq edilməsi perspektivlərinin müəyyənləşdirilməsi;
  • Elektron xidmətlərin yaradılması, təkmilləşdirilməsi və istifadə rahatlığının təmin edilməsi istiqamətində qanunvericiliyin öyrənilməsi və bu sahədə görülən praktiki işlərlərlə tanışlıq
  • İnformasiya sistemləri, informasiya ehtiyatları, inteqrasiya prosesi, data mərkəzlər və onların fəaliyyəti, informasiya təhlükəsizliyi və onun darəedilməsi sahəsində nəzəri və praktiki biliklər;
  • Gündəlik olaraq dünyada baş verən texnoloji yeniliklər və sosial innovasiyalar ilə bağlı məlumatların əldə olunması, dövlət xidmətlərində yeni yanaşmalar haqqında biliklərin öyrənilməsi;
  • Ofis proqramları ilə professional şəkildə işləmə bacarığı və praktiki tapşırıqların icrası;
  • Sosial şəbəkələr vasitəsilə məhsul və şirkətin tanıtımı alətləri və metodları ilə tanışlıq;
  • Geniş kütlə qarşısında təqdimat etmə bacarığı;
  • Komanda şəklində iş və stressə davamlılıq vərdişlərinin öyrənilməsi;
  • Biznes kommunikasiya və etiket qaydaları.

 

Təcrübə 2016-cı il sentyabr ayının 1-dən 2 ay müddətində davam edəcək. Müraciət etmək üçün : https://goo.gl/wwghC3