ASAN könüllülərini “Bank işi” təlimlərinə dəvət edirik.


“Master 2” pilləsinin biznes menecment istiqaməti çərçivəsində məzun könüllülərimiz üçün “Bank işi” üzrə təlimlərə start veririk. Azərbaycan Respublikasının bank sistemi, bankların təşkilati strukturu, bank qanunvericiliyi, bank məhsulları və bank xidmətləri və digər sahələr üzrə biliklər əldə etmək, bankçılıq sahəsində uğurlu kadr olaraq yetişmək üçün zəruri bilik və bacarıqlar qazanmaq istəyənlər müraciət edə bilərlər.

 

Nəzərinizə çatdıraq ki, təlim proqramı həftədə 2 dəfə olmaqla 1 ay ərzində baş tutacaq.

Təlimçi Azərbaycan Dövlət İqtisad Universiteti və Odlar Yurdu Universitetinin MBA proqramı üzrə müəllimi, uzun illər bank sahəsində uğurlu karyera əldə edən Ramin Bayramov olacaqdır.

 

Proqram 2 iyun tarixindən etibarən start götürəcək. Dərslər həftənin 2 və 4-cü günləri, saat 18:30-da başlayacaq. Təlimlərin sonunda təlimçimiz tərəfindən uğurlu qiymətləndirilən könüllülərimiz ASAN School tərəfindən sertifikatla təltif olunacaqlar.

 

Qeydiyyat üçün:  https://goo.gl/7sEKn0

Son qeydiyyat tarixi : 27.05.2016