ASAN könüllülərinə sertifikatlar təqdim olunub


Azər Türk Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsində təşkil olunmuş 1 aylıq təlimlərdə iştirak etmiş könüllülərə sertifikatlar təqdim olunub.

Layihə "ASAN School" könüllülük proqramının “Master 2” pilləsinin biznes menecment istiqaməti üzrə reallaşdırılıb.

Təlimlərin keçirilməsində məqsəd əhalinin maliyyə savadlılığının artırılmasına dəstək vermək, gənclərin şəxsi inkişafını təmin etmək və onların gələcək fəaliyyətləri üçün stimul yaratmaq olub. Təlim proqramının yekunu olaraq yüksək nəticə əldə etmiş 8 nəfər könüllü Azər Türk Bankda təcrübə keçmək şansı qazanıblar.

24 iyun 2016 tarixində keçirilən görüşdə təlim proqramını başa vuran 10 nəfər ASAN könüllüsü sertifikatlarla təltif olunublar. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri Azad Cəfərli, Azər Türk Bankın Baş direktoru Rəsul Hüseynov iştirak edib, könüllüləri təbrik edərək öz tövsiyələrini bildiriblər. Görüşdə sertifikatlar təqdim olunandan sonra tort kəsilib.

ASAN könüllülərini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!