ASAN Könüllüləri üçün ikinci təlim proqramı yekunlaşdı


Azər Türk Bank və “ASAN School” könüllülük məktəbinin əməkdaşlığı çərçivəsində davamlı olaraq 1 ay ərzində həyata keçirilən Bankçılıq təlimləri başa çatıb.

Birgə təşkilatçılıq ilə “Master 2” pilləsi üzrə keçirilmiş təlimlərin məqsədi ASAN könüllülərinin iqtisadiyyat və maliyyə üzrə təhsil almış üzvlərinin ixtisasları üzrə praktik biliklərinin genişləndirilməsinə, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Proqram çərçivəsində təşkil olunan təlimlər zamanı Azər Türk Bankın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, marketinq, PR və bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərib, onları maraqlandıran sualları cavablandırıblar.

Proqramın iştirakçısı olmuş könüllülər təlimlərdə əldə etdikləri bilik və bacarıqların onların şəxsi inkişafını təmin edilməsində mühüm rol oynayacağını, gələcək fəaliyyətləri üçün stimul yaradacağını ifadə ediblər.

Qeyd edək ki, təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq və uğurlu nəticə göstərən könüllülər Azər Türk Bankda təcrübə keçmək imkanı qazanacaqlar. Təlimlərin gələcəkdə də müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub.