“ASAN könüllüləri”nin yeni qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb. Belə ki, onlar..


Mayın 25-də Binəqədi Rayon İcra Hakimiyyətində “Master 2”  çərçivəsində fəaliyyətə start veriblər.

Yeni fəaliyyətə başlayan bu qrup ASAN könüllülərinin artıq 4-cü qrupudur.

Görüşdən öncə könüllülər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar.

Tanışlıqdan sonra ASAN könüllüləri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun görüşü keçirilib.

Qeyd edək ki, may ayının 25-dən etibarən "ASAN könüllüləri" Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.